Saatlıda ağır qəza, 1 ölü

15 May 2010 12:51
Rayon Polis Şöbəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, avtoqəza mayın 14-də Mustafabəyli kəndi ərazisində qeydə alınıb.

Sarıcalar kənd sakini Vüsal Qəmbərov idarə etdiyi "Mercedes" markalı avtomobil ilə Sabirabad rayon sakini Vaqif Məmişovu vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Milli.Az