Azərbaycan güləşçisi erməniyə qalib gələrək Avropa üçüncüsü olub

23 Aprel 2023 19:18

Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında bürünc medal görüşünə çıxıb.

Milli.Az "Report"a istinadən xəbər verir ki, 60 kq-da yarışan idmançı ermənistanlı Gevorq Qaribyanla qarşılaşıb.

Rəqibinə 9:5 hesabı ilə qalib gələn Məmmədli Avropa üçüncüsü olub.

Milli.Az