Fransada sürücü avtomobili insanların üzərinə sürüb, yaralılar var

23 Aprel 2023 12:36

Fransanın şimalında çərpələng festivalında sürücü avtomobili izdihamın üzərinə sürüb, xəsarət alanlar var.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "20 Minutes" məlumat yayıb.

Hadisənin Berk kommunasında, Pas-de-Kale departamentində baş verdiyi bildirilir.

76 yaşlı sürücü əyləc pedalını qaz pedalı ilə qarışdırdıqdan sonra idarəetməni itirib. Nəticədə 11 nəfər xəsarət alıb, onlardan 4-nün vəziyyəti ağırdır.

Milli.Az