Demet Akalından "Yalı çapkını" ilə bağlı sərt sözlər - FOTO

24 Aprel 2023 04:04

Türkiyədə yayımlanan "Yalı çapkını" serialının növbəti bölümü də müzakirələrə səbəb olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ssenariyə reaksiya verənlərdən biri də müğənni Demet Akalın olub. O, ekran işində cərəyan edən hadisələri tənqid edib. 

"Qorxunc! Heç bir antepli ailəsi qıza belə göz qoymaz. Serialı "Kurtlar vadisi"nə çevirmisiniz. Şərbət (red. - "Kızılcık şerbet"i serialı") yoxdur, birinci yerdəsiniz deyə, belə davam etməyə cəhd göstərməyin!" deyə, ifaçı paylaşımında yazıb.

Milli.Az