G7 ölkələri bu məsələdə razılığa gəldi

23 Aprel 2023 16:12

G7 ölkələri taxıl müqaviləsinin müddətinin uzadılmasının tərəfdarı olublar.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda "TASS" məlumat yayıb.

Bu qərar Yaponiyanın Miyazaki şəhərində keçirilən ikigünlük danışıqlarda G7-yə üzv ölkələrin kənd təsərrüfatı nazirləri tərəfindən qəbul edilib.

"Biz onun uzadılmasına, tam tətbiqinə və genişləndirilməsinə güclü dəstəyimizi bildiririk", - onlar birgə bəyanatda bildiriblər.

Qeyd edək ki, bundan əlavə, G7 ölkələri də Ukraynaya kənd təsərrüfatı infrastrukturunun bərpasında kömək etməyə və ukraynalı fermerlərə maliyyə dəstəyi verməyə hazır olduqlarını vurğulayıblar.

Milli.Az