Zirehli “Leksus” İrəvanda 2 xüsusi təyinatlını vurdu

22 Aprel 2023 23:45

İrəvanda xüsusi istehsal edilmiş zirehli Leksus-570 (70 EE 700 xüsusi nömrəli) markalı maşın iki xüsusi təyinatlı polisi vurub.

Milli.Az axar.az-a istinadən bildirir ki, "Leksus" VAZ-21015 markalı maşınla toqquşduqdan sonra xüsusi təyinatlı iki polisi (OMON) vurub. Xüsusi təyinatlı polislər xəstəxanaya yerləşdirilib.

Erməni mediası zirehli və xüsusi dövlət nömrəsi olan avtomobilin kimə məxsus olduğunu açıqlamayıb.

Milli.Az