İsveçdə minlərlə insan NATO-ya qarşı çıxdı

22 Aprel 2023 20:22

İsveçin Höteburq şəhərində iki mindən çox insan ölkənin NATO-ya daxil olmasına qarşı aksiyaya çıxıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Höteburgs-Posten" qəzeti məlumat yayıb.

Nümayişçilər ölkənin ənənəvi xarici siyasət xəttinə - ittifaqlardan azad olmağa və neytrallığı qorumağa çağırırlar.

Milli.Az