Danimarkalı gənc ABŞ-nin Kopenhagendəki səfirliyinin qarşısında özünü yandırdı

22 Aprel 2023 14:11

Kopenhagendə gənc oğlan ABŞ səfirliyinin qarşısında özünü yandırıb.

O, dərhal xəstəxanaya yerləşdirilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə barədə polisin verdiyi məlumatdan məlum olub. Belə ki, hüquq-mühafizə orqanlarının əməkdaşları və yanğınsöndürənlər təcili hadisə yerinə gəliblər.

Gəncin 18 yaşlı Danimarka vətəndaşı olduğu üzə çıxıb. O, yanıq xəsarətləri alsa da, həyatı üçün təhlükənin olmadığı bildirilib.

Milli.Az