Tramp Rusiya-Ukrayna müharibəsini dayandıracağına söz verib

22 Aprel 2023 08:33

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ukraynadakı münaqişəni dayandıracağına söz verib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Tramp Floridada tərəfdarları qarşısında çıxış edərəkən deyib.

O bildirib ki, 2024-cü ildə prezident seçkilərində qalib olarsa, Rusiya-Ukrayna müharibəsini andiçmədən əvvəl də dayandıra bilər.

Milli.Az