“Kılıçdaroğlu Fatihə oxumağı bilmir”

21 Aprel 2023 17:40

Türkiyə müxalifətinin prezidentliyə namizədi, CHP sədri Kamal Kılıçdaroğlu Ramazan bayramında zəlzələ qurbanlarını anmaq üçün Adıyaman vilayətinə gedib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Kılıçdaroğlu bələdiyyə qəbiristanlığında zəlzələdə həyatını itirənlərə dua edərkən bir vətəndaş tərəfindən sərt reaksiya görüb.

"Bu, Fatihə oxumağı bilmir. Sən niyə buna Fatihə oxutdurursan?", - deyən sakin Prezidentliyə namizədi ora dəvət edənlərə qışqırıb.

Ətrafdakılar tərəfindən sərt reaksiya görən vətəndaş ərazidən uzaqlaşdırılıb.

Milli.Az