Kirill Budanov beynəlxalq axtarışa verilib

21 Aprel 2023 16:58

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov beynəlxalq axtarışa verilib.

Milli.Az APA-ya istinadən bildirir ki, aprelin 21-də Moskvanın Lefortovo Məhkəməsi Kirill Budanovu Rusiyada terror aktlarının təşkilində təqsirli bilərək qiyabi həbs edib.

"Budanov beynəlxalq axtarışa verilib. Həbs-qətimkan tədbiri ya Rusiya ərazisinə təhvil verildiyi, ya da Rusiya ərazisində həbs edildiyi andan iki ay müddətində qüvvədə olacaq", - deyə məhkəmənin qərarında bildirilib

Milli.Az