“Özümü yetim kimi hiss edirəm”

21 Aprel 2023 16:24

"Özümü yetim kimi hiss edirəm. Hüquqlarımı qoruyan bir qrum yoxdur"

Milli.Az olay-a istinadən xəbər verir ki, bu sözləri "Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər" mövzusunda Kino forumunda aktyor Taleh Yüzbəyov deyib.

Onun sözlərinə görə, kino adamlarının hüquqlarının qorunması üçün assosiasiya yaradılması ilə bağlı təklif versələr də, məsələ yubanır:

"Bununla bağlı təklif irəli sürmüşdük. Hələ də yubanır. Bizə bu məsələdə yardım edilməsini istəyirəm. Bir assosiasiya yaradılsın, aktyorların hüquqları qorunsun".

Milli.Az