Aktrisanın bu hərəkətinə görə kinoteatrın direktoru işdən çıxarıldı - FOTO

21 Aprel 2023 12:50

Tehranın "Lotus Cinema" kinoteatrında "Aslan dərisi" ("Pooste Shir") serialının final bölümünün nümayişi zamanı məşhur aktrisa Panteya Bəhramın hicabsız iştirakından sonra kinoteatrın direktoru vəzifəsindən uzaqlaşdırılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Kino Təşkilatının Monitorinq və Qiymətləndirmə üzrə direktor müavini Həbib İlbeigi bildirib.

O qeyd edib ki, "kinoteatrın direktoru cinayətkarı kinoteatrdan uzaqlaşdırmadığı üçün işdən çıxarılıb".

"Bu kinoteatrla bağlı qanun pozuntuları da araşdırılır və bu barədə də tezliklə qərar veriləcək", - direktor müavini vurğulayıb.

Qeyd edək ki aktrisa daha əvvəl də "Instagram" səhifəsində hicabsız çəkilmiş videosunu paylaşmışdı.

Milli.Az