Ermənistan sülh sazişinin mətni üzrə Azərbaycanın sonuncu təkliflərinə 6 həftədir cavab verməyib - Nazir

20 Aprel 2023 21:05

Azərbaycan Ermənistanla normallaşma, o cümlədən gələcək sülh sazişinin imzalanması istiqamətində əsas təşəbbüs irəli sürən tərəf kimi, prosesin uğurla nəticələnməsində maraqlıdır.

Milli.Az xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Erika Olsonu qəbul edərkən deyib

Buna baxmayaraq, qeyd edilən istiqamətlərdə Ermənistan tərəfindən prosesə maneçilik səyləri, sülh sazişinin mətni üzrə Azərbaycanın sonuncu təkliflərinə 6 həftə ərzində hələ də cavab verməməsi, bir sıra provokativ bəyanatlar və təxribatlar diqqətə çatdırılıb.

Milli.Az