Ermənilərin Bakıdan paylaşdığı videonu çəkən şəxs saxlanıldı - VİDEO

20 Aprel 2023 15:36

İki gün əvvəl erməni Teleqram kanallarında Bakıda çəkildiyi bildirilən video paylaşılmışdı. Videoda Şəhidlər Xiyabanı və ətraf ərazilər görüntülənir. Görüntülər "Biz burdayıq" sözləri ilə yayılmışdı.

Milli.Az bildirir ki, Ucnoqta.az-ın əldə etdiyi məlumata görə, görüntüləri çəkən şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aşkar edilərək saxlanılıb.

Həmin şəxsin erməni olmadığı bildirilir. 

Ətraflı məlumat əldə etməyə çalışırıq.

Milli.Az