“Kızılelma”nın növbəti uğurlu uçuşu - VİDEO

20 Aprel 2023 11:53

Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi "Bayraktar Kızılelma"nın daha iki sınaq uçuşu uğurla tamamlanıb.

Milli.Az-ın TurkicWorld-a istinadən məlumatına görə, Türkiyənin Baykar şirkətinin texniki direktoru Selçuk Bayraktar öz rəsmi sosial media hesabında təyyarənin enmə-qalxma və yüksək sürətli uçuş sınaqlarının görüntülərini paylaşıb.

Qeyd edək ki, Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi "Bayraktar Kızılelma"-nın 14 dekabr 2022-ci ildə ilk uçuşu, 23 yanvar 2023-cü il tarixində isə ikinci uçuşu uğurla tamamlanıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Bayraktar Kızılelma"nın yaxın zamanda kütləvi istehsalının başlayacağını qeyd edib.

Milli.Az