Eyvazov Qələndərovun oğlunu rəis təyin etdi

20 Aprel 2023 11:32

Abşeron DYP-də baş inspektor işləyən Vüsal Qələndərov Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinə rəis təyin edilib.

Milli.Az Axar.az-a istinadən bildirir ki, bu barədə daxili işlər naziri Vilayət Eyvazov əmr imzalayıb.

Qeyd edək ki, Vüsal Qələndərov əvvəllər Nəsimi DYP-nin rəisi olmuş, keçən ay Bakı Beynəlxalq Avtovağzalının direktoru təyin edilən Qəhrəman Qələndərovun oğludur.

Milli.Az