Aktrisanın 2 ilə qədər həbsi istənilir

20 Aprel 2023 10:07

Türk aktrisa Hazal Kayanın həbsi istənilir.

Milli.Az olay-a istinadən xəbər verir ki, buna səbəb isə 18 yaşlı İpek Erə cinsi zorakılıqda və intihara məcbur etməkdə günahlandırılan Musa Orhanla bağlı yazdığı təhqiramiz ifadələrdir.

Hazalın 24 aydan 2 ilə qədər həbs tələbi barədə sənəd hazırlanıb.

Qeyd edək ki, sözügedən şəxsi təhqir etdikləri üçün Ezgi Mola ilə Farah Zeynep Abdullah da məhkəməlik olmuş və pul cəzası almışdılar.

Milli.Az