İndoneziyada vulkan iki km yüksəkliyə püskürdü

20 Aprel 2023 19:00

İndoneziyada Semeru vulkanı 16 dəfə püskürüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, nəticədə onun külü iki kilometr hündürlüyə çatıb.

"Püskürmələr arasında təxminən bir saat fərq olub. Onların hər biri orta hesabla 100 saniyə davam edib",  - məlumatda deyilir.

Bildirilir ki, vulkana üçüncü təhlükə səviyyəsi verilib. Yerli hakimiyyət sakinlərdən kraterə yaxınlaşmamağı xahiş edib.

Milli.Az