ABŞ qitələrarası ballistik raketi sınaqdan keçirdi

19 Aprel 2023 23:14

ABŞ Hərbi Hava Qüvvələri qitələrarası ballistik raketi sınaqdan keçirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "Minuteman III" adlanan raket Kaliforniyadakı Vandenberq Hərbi Hava Qüvvələri bazasından buraxılıb.

Onun 6,7 min km məsafə qət etdiyi bildirilib.

Qeyd edək ki, həmin raketin son sınaqları 2022-ci ilin avqustunda olub.

Milli.Az