“Türkiyə xalqı “təəssüf ki, Azərbaycana dəstək olduq” deyənləri hakimiyyətə gətirməz" - Çavuşoğlu

19 Aprel 2023 21:38

Türkiyə Azərbaycana işğal altında olan əraziləri azad etməkdə dəstək oldu.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

O qeyd edib ki, Türkiyədə baş verən zəlzələdə yardıma ilk gələn və son gedən azərbaycanlı xilasedicilər oldu.

O qeyd edib ki, müxalifət isə bu addımı təəssüflə qarşıladı:

"Bizim millət "təəssüf ki, Azərbaycana dəstək olduq" deyənləri hakimiyyətə gətirməz".

Milli.Az