Ərdoğan Kılıçdaroğluna açdığı mənəvi təzminat davasını qazanıb

19 Aprel 2023 15:56

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kamal Kılıçdaroğluna şəxsi hüquqlarının pozulması ilə bağlı açdığı iki ayrı mənəvi təzminat davasından 105 min lirə qazanıb.

Milli.Az TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidentinin vəkili Hüseyn Aydın öz sosial media hesabında bildirib.

Məlumat üçün qeyd edək ki, Türkiyədə Prezident və parlament seçkiləri seçkiləri 14 may 2023-cü il tarixində keçiriləcək. Türkiyə prezidenti və AK Partiyanın rəhbəri Rəcəb Tayyib Ərdoğan, Memleket Partiyasının rəhbəri və 2018-ci ildə Cumhuriyyet Xalq Partiyasının rəhbər namizədi Muharrem İnce, Ata İttifaqının namizədi Sinan Oğan və Kamal Kılıçdaroğlunun namizədliyi təsdiqlənib.

Türkiyədə millətvəkili namizədlərinin siyahısı aprelin 9-da Ali Seçki Şurasına (YSK) təqdim edilib.

Milli.Az