Türkiyədə rezerv şəhərlər tikiləcək

19 Aprel 2023 11:38

Türkiyənin zəlzələ baş verən vilayətlərindən başlayaraq yeddi coğrafi bölgədə yeddi rezerv şəhər layihəsi üçün işə başlanılıb.

Milli.Az-ın TurkicWorld-a istinadən məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"İstanbulda baş verə biləcək zəlzələ üçün tədbir məqsədilə ümumilikdə 1 milyon əhalisi olan iki ayrı şəhər qurulacaq. Nazirliyimiz artıq yerləri müəyyən edib. Bu ərazilərdə tikiləcək yaşayış evləri yalnız qəza riski olan mənzil və ya binanı dəyişmək üçün istifadə olunacaq", - deyə prezident qeyd edib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Zəlzələdə ölənlərin sayı 50 min 500-ə çatıb.

Milli.Az