Çoxyaruslu parkinq uçdu, ölən var - VİDEO

19 Aprel 2023 16:13

Nyu-Yorkun Manhetten məhəlləsində bina çöküb. Şəhərin yanğından mühafizə xidmətinin məlumatına görə, 1 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, qəza yerində xilasedicilər işləyir. Yerli sakinlərin sosial şəbəkələrdə yerləşdirdiyi kadrlarda onlarla avtomobilin olduğu tikilinin uçduğu görünür. Bəzi şahidlərin sözlərinə görə, bundan əvvəl onlar partlayışa bənzər səs eşidiblər.

Milli.Az