Bayden Rusiya ilə əlaqəli daha bir qadağanın müddətini UZATDI

19 Aprel 2023 08:07

ABŞ prezidenti Co Bayden Konqresə Rusiya ilə əlaqəli gəmilərin ABŞ limanlarına daxil olmasını qadağan edən 21 aprel 2022-ci il müddəasının uzadılması barədə məlumat verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidentinin Konqresə göndərdiyi məktubunda bildirilib.

Bildirişin mətninin özündə qadağanın dəqiq bir il müddətinə uzadıldığı vurğulanıb.

Milli.Az