Çin 2035-ci ilə qədər 1500 nüvə başlığına sahib olacaq

18 Aprel 2023 21:14

Çinin 2035-ci ilə qədər 1500 nüvə başlığına sahib olacağı gözlənilir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.

"Uzunmüddətli perspektivdə biz öz yanaşmamızı (silahlara nəzarət) daha təhlükəli və rəqabətli dünyaya yenidən baxmalı və uyğunlaşdırmalıyıq. Bu isə 2035-ci ilə qədər 1500 döyüş başlığına sahib olacağı gözlənilən Çinlə əlaqəni nəzərdə tutur", - Stoltenberq bildirib.

Milli.Az