Paşinyan dövlətə xəyanət ittihamı ilə dindirildi

18 Aprel 2023 19:46

Ermənistanın Baş naziri Nikol Paşinyan istintaq orqanları tərəfindən dindirilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Paşinyanın özü parlamentdə çıxışı zamanı məlumat verib.

O, 44 günlük müharibə zamanı dövlətə xəyanət ittihamı ilə başlanmış cinayət işi çərçivəsində dindirilib.

"Məni dindirdilər. Nə qədər lazımdır, o qədər də dindirəcəklər", - deyə Paşinyan vurğulayıb.

Milli.Az