"Barselona" "Liverpul"un məşhur futbolçusunu transfer edir

18 Aprel 2023 20:38

"Barselona" klubu yayda heyətini yeni futbolçu ilə gücləndirmək niyyətindədir.

Milli.Az offsideplus.az-a istinadla xəbər verir ki, Kataloniya təmsilçisi İngiltərə klubunun sağ cinah müdafiəçisi Trent Aleksandr-Arnold üçün hərəkətə keçib.

"Barselona" 24 yaşlı ingilisi yay transfer dövründə sıralarına qatmağı planlaşdırır. 
Qeyd edək ki, sözügedən futbolçu 2016-cı ildən "Liverpul"da top qovur.

Milli.Az