İstanbulda bir milyon dollarlıq brilyant ələ keçirilib

18 Aprel 2023 16:20

İstanbul Polisinin tarixi ticarət mərkəzi "Kapalı Çarşı"da qeyri-qanuni almaz qaçaqmalçılığına qarşı keçirdiyi əməliyyat nəticəsində 61.38 karat, 1 milyon dollar dəyərində xam brilyant ələ keçirilib.

Milli.Az-ın TurkicWorld-a istinadən məlumatına görə, brilyantın Afrikada qeyri-qanuni yollarla Türkiyəyə gətirildiyi müəyyən edilib.

Qaçaqmalçılıqda şübhəli bilinən iki Suriya vətəndaşı saxlanılıb.

Milli.Az