Azərbaycanın populyar reperinin solo konserti olacaq
15 May 2010 12:19
Tanınmış repçi Elşad Xose may ayının 29-da baş tutacaq növbəti solo konsertinə hazırlaşır. Repçinin Milli.Az xəbər portalına bildirdiyinə görə, konsert Yaşıl Teatr Bakı Konsert Kompleksində olacaq. Hal-hazırda konsertin məşq prosesləri gedir.
Repçinin sözlərinə görə, bu konserti pərəstişkarlar uzun müddətdir ki gözləyirlər. Buna görə də, konsertin yaddaqalan olacağını düşünür.
Qeyd edək ki, konsertdə Elşad Xose ilə birlikdə səhnəni bir çox duet ortaqları - müğənnilər paylaşacaq.
Günay
Milli.Az