10 yaşlı uşaq “Ginnesin Rekordlar Kitabı”na düşdü

18 Aprel 2023 20:36

Çindən olan 10 yaşlı uşaq Tanq Yinfan top çiləmək üzrə yeni rekord müəyyənləşdirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məktəbli topu növbə ilə sağ və sol ayaqlarına keçirməklə bir saat ərzində 8 147 dəfə çiləməyə nail olub. Bununla o, "Ginnesin Rekordlar Kitabı"na düşüb.

Yinfan bir il əvvəl 50 dəqiqə ərzində topu 7 056 dəfə çiləməyi bacarmışdı.

Milli.Az