“Fiorentina” və “Atalanta”dan heç-heçə - VİDEO

18 Aprel 2023 07:43

İtaliya A Seriyasında 30-cu tura yekun vurulub.

Milli.Az matc.az-a istinadən bildirir ki, bu gün daha bir görüş baş tutub.

"Fiorentina" doğma meydanda "Atalanta" ilə üz-üzə gəlib. Tərəflər bu oyunda hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Hazırda 75 xalı olan "Napoli" vahid liderdir. "Latsio" 61 xalla ikinci, "Roma" 56 xalla üçüncü pillədə qərarlaşıb. "Milan" 53, "İnter" 51, "Atalanta" 49 xal toplayıb. Məlum səbəblərdən 15 xalı silinmiş "Yuventus" isə 44 xalla 7-ci sırada qərarlaşıb.

İtaliya A Seriyası
30-cu tur
14 aprel

Kremoneze - Empoli 1:0
Qol: Dessers, 4.

Spetsiya - Latsio 0:3
Qol: İmmobile, 36-pen. F.Anderson, 52. M.Antonio, 89.

15 aprel

Bolonya - Milan 1:1
Qol: Sansone, 1 - Pobeqa, 40.

Napoli - Verona 0:0

İnter - Montsa 0:1
Qol: Kaldirola, 78.

16 aprel

Leççe - Sampdoriya 1:1
Qol: Sisey, 31 - Xese, 75.

Torino - Salernitana 1:1
Qol: Sanabriya, 57 - Vilena, 9.

Sassuolo - Yuventus 1:0
Qol: Defrel, 64.

Roma - Udineze 3:0
Qol: Bove, 37. Pelleqrini, 55. Abraham, 90+1.

17 aprel

Fiorentina - Atalanta 1:1
Qol: Kabral, 55-pen - Mehle, 37.

Milli.Az