Sürücülərin NƏZƏRİNƏ! Sabah bəzi magistral yollarda görmə məsafəsi məhdudlaşacaq

17 Aprel 2023 23:49

Sabah ölkənin bəzi magistral yollarında görünüş məsafəsi məhdudlaşacaq.

Milli.Az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Məlumata görə, aprelin 18-də ölkə ərazisində gecə və səhər dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının bəzi yerlərində görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı ehtimalı var.

Milli.Az