Ukraynada müharibəni tez bitirmək istəyirik – Lavrov

17 Aprel 2023 23:45

Rusiya Ukraynadakı konfliktin mümkün qədər tez bitməsində maraqlıdır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya XİN başçısı Sergey Lavrov deyib.

"Biz artıq baş verənlərin səbəblərini, bununla bağlı qarşıya qoyduğumuz məqsədləri ətraflı izah etmişik", - Lavrov Braziliyanın xarici işlər naziri Mauro Vieyra ilə danışıqlardan sonra keçirilən brifinqdə deyib.

Milli.Az