"Muhteşem yüzyıl"ın aktyorları xanımlarla BU VƏZİYYƏTDƏ görüntüləndi: Onlar maşında... - FOTO

17 Aprel 2023 23:10

Türkiyəli aktyorlar Aras Bulut İynemli Engin Öztürklə birlikdə gecə saatlarında görüntüləniblər.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktyorlar Etilər səmtində gecə 5-də işıqforda paparazzilərin hədəfinə tuş gəliblər.

Avtomobildə əyləşən xanımlar isə onları gördükdə üzlərini gizlədib. Təşvişə düşən məşhurlar təbəssüm edərək oradan uzaqlaşıb.

Qeyd edək ki, aktyorlar "Muhteşem yüzyıl" serialında birgə rol alıblar.

Milli.Az