Ruben Rubinyan Blinkenin köməkçisi ilə nəyi müzakirə etdi?

17 Aprel 2023 23:00

Ermənistan parlamentinin sədr müavini, Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesi üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan ABŞ dövlət katibinin müavini Erika Olsonla görüşüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Parlamenti məlumat yayıb.

Rubinyan regiondakı mövcud vəziyyət barədə ABŞ dövlət katibinin müavininə məlumat verib və Ermənistan-Türkiyə münasibətlərinin qurulması məsələsinə toxunub.

Erika Olson ABŞ-ın nizamlanma prosesini dəstəklədiyini bildirib.

Tərəflər həmçinin Türkiyə ilə Ermənistan arasında quru sərhədinin üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün açılması haqqında sazişinin tezliklə reallaşdırılmasının vacibliyini vurğulayıblar.

Milli.Az