Ermənistanda “İctimai Səs” partiyasının şura sədri saxlanıldı

17 Aprel 2023 18:50

Ermənistanda "İctimai Səs" partiyasının şura sədri Artak Qalstyan saxlanılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan bildirib.

O, detalların tezliklə açıqlanacağını bildirib.

Xatırladaq ki, bu partiya keçmiş polis əməkdaşı Vardan Qukasyanla bağlıdır.

Milli.Az