Ermənistanda əsir saxlanılan Azərbaycan hərbçiləri həbs olundular

17 Aprel 2023 12:55

Ermənistanda əsir saxlanılan Azərbaycan hərbçilərinə qarşı cinayət işi açılıb, onlar həbs edilib.

Milli.Az bildirir ki, bu barədə "Sputnik Armenia" Ermənistan Baş Prokurorluğuna istinadən məlumat yayıb.

Aqşin Bəbirov və Hüseyn Axundov "Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə və bir qrup şəxslə əvvəlcədən əlbir olaraq odlu silah və döyüş sursatı daşımaqda ittiham olunurlar".

Milli.Az