Bu gün Azərbaycan çempionu məlum olacaq

15 May 2010 12:05
Milli.Az xəbər portalının məlumatına görə, "Xəzər-Lənkəran" öz meydanında "Bakı" klubuna qalib gələrsə, qızıl medallara sahib çıxacaq.

Lənkəranlılar xal itirəcəyi halda, "Qarabağ" və ya "İnter" çempion ola bilər. Bir şərtlə ki, "Qarabağ" bu gün "Neftçi"yə və ya "İnter" Qəbələnin eyniadlı klunbuna qalib gəlsin. 

Hər 3 oyun saat 17:15-də başlayacaq.

Qeyd edək ki, "Xəzər-Lənkəran"ın 27, "Qarabağ" və "İnter"in 26, "Bakı"nın isə 25 xalı var.

Milli.Az