Mövsümün ən cəlbedici dəbi müəyyənləşdi - FOTO

18 Aprel 2023 22:28

Dizaynerlər böyük ölçülərdən uzaqlaşıraq qadın və zərif siluetlərə getdikcə daha çox üstünlük verməyə başlayıblar.

Milli.Az xəbər verir ki, yaz-yay mövsümündə çiyinləri açıq əlbisə və bluzlar populyarlıq zirvəsində olacaq. Odur ki, qarderobunuzu belə romantik və zərif geyimlərlə doldurmaq vaxtıdır.

Stilistlərin sözlərinə görə, ilk növbədə çiyni açıq donlara nəzər salmaq lazımdır. Onlar xüsusilə midi və maksi uzunluqlu modellərə baxmağı məsləhət görürürlər. Paltarın uzunluğu açıq çiyinləri kompensasiya edir, buna görə belə fasonları hətta ofisə geyinə bilərsiniz, əlbəttə ki, geyim kodu icazə verərsə. Ən rahat seçim isə trikotaj paltarlar olacaq.

Dizaynerlər sarı, qırmızı və yaşıl rənglərdə modelləri seçməyi təklif edirlər: məsələn, "Altuzara" kimi parlaq narıncı və ya "Alaïa" kimi tünd bənövşəyi. Bədən quruluşuna uyğun minimalist paltar universal bir sərmayə olacaq, ancaq qarderobunuzu daha qeyri-adi geyimlərlə şaxələndirmək istəyirsinizsə, dəri və ya cinsdən hazırlanmış modellərə baxın. Bu materiallar bu mövsüm çox aktualdır.

Bununla belə, qarderobunuzda kifayət qədər əlbisə varsa, oxşar üslubda köynək və bluzlarla baxmaq tövsiyə olunur. Həm pambıqdan, həm də trikotajdan hazırlanmış romantik və korsetli modellər ola bilər. (publika)

Milli.Az