Keçən il möhtəşəm, şıq və çox yönlü sabolar sözün əsl mənasında modapərəstlərin qəlbini fəth etdi. Hər bir qız sensasion modelləri öz imicinə uyğunlaşdırmağa çalışdı. Çünki sabolar funksionaldır və paltarın əhvalını asanlıqla "qəbul edir". Onları ciddi bir tədbirə, ofisə və ya dostlarla görüşə geyə bilərsiniz.
Milli.Az xəbər verir ki, sabolar bu yay da dəbdə olmağa davam edəcək. Stilistlər hesab edir ki, yayı sabolarsız təsəvvür edə bilmərik və yalnız bir il əvvəl tələb olunan sabit dabanlı modellərə diqqət yetirməməliyik.
Odur ki, yayı daha möhtəşəm edən müxtəlif və rəngli variantlara daha yaxından baxmaq vaxtıdır. Həmişə olduğu kimi, detallar vacibdir. Daban saboların funksionallığına təsir etmədən onları ultra trendə çevirmək kimi super gücə malikdir. Atipik formalara diqqət yetirin, seçimlər çoxdur: əyilmiş, aşağıya doğru uzadılmış, buruq, dəyirmi. Ön tərəfi vyetnamkaya bənzəyən modellərə də xüsusi diqqət yetirilir. Onlar barmaqlar arasında nazik bir rezin ilə təchiz edilib.
Rəng oyunlarını unutmayın, lakonik modellər zəngin çalarlar sayəsində möhtəşəm görünə bilər. Hədəfi dəqiq vurmaq üçün 2023-cü ilin yayın ən trend rənglərini yada salın.
Cins parçadan olan modellər gözəl görünür, onlar dəri variantlatla rəqabət aparır. Dəri modellər də müxtəlif ola bilər, lakin parıltılı olmayanlar obrazı daha "bahalı" göstərir.
Əgər əvvəllər ayaqqabılarda şəffaf əlavələrdən imtina edirdiksə, indi bu şəffaf elementlər yalnız xoş təsir bağışlayır - bunun daban və ya qayış olmasının əhəmiyyəti yoxdur.
Sensasion metalı da unutmaq olmaz, onlar da cinslər kimi, bütün moda rekordlarını qırırlar. (publika)
Milli.Az