“Union Berlin” səfərdə xal itirdi - VİDEO

17 Aprel 2023 11:28

Almaniya Bundesliqasında 28-ci tura yekun vurulub.

Milli.Az matc.az-a istinadən bildirir ki, dünən daha 3 görüş baş tutub.

"Volfsburq" - "Bayer" və "Union Berlin" - "Bohum" matçlarınd qalib müəyyənləşməyib. Üç qolun qeydə alındığı "Verder" - "Frayburq" matçı isə qonaqların qələbəsiylə yekunlaşıb.

Hazırda 59 xalı olan "Bayern" vahid liderdir. Dortmund "Borussiya"sı 57 xalla ikinci, "Union Berlin" isə 52 xalla üçüncü pillədə qərarlaşıb. "Leypsiq" 51, "Frayburq" 50, "Bayer" 44, "Ayntraxt"la "Maynts" 42, "Volfsburq" 40 xal toplayıb.

Almaniya Bundesliqası
28-ci tur
14 aprel

Şalke - Herta 5:2
Qol: Skarke, 3. Bulter, 13; 78. Terodde, 48. Kaminski, 90+2 - Yovetiç, 45+3. Rixter, 84.

15 aprel

Bayern - Hoffenhaym 1:1
Qol: Pavar, 17 - Kramariç, 71.

Köln - Maynts 1:1
Qol: Lyubiçiç, 51 - Ayorke, 17.

Leypsiq - Auqsburq 3:2
Qol: Kampl, 10. Verner, 32; 35 - Mayer, 5. Varqas, 82.

Ştutqart - Borussiya (Dortmund) 3:3
Qol: Kulibali, 78. Vaqnoman, 84. Silas, 90+7 - Haller, 26. Malen, 33. Reyna, 90+3.

Ayntraxt - Borussiya (Mönhenqladbax) 1:1
Qol: Muani, 83 - Hofmann, 13.

16 aprel

Verder - Frayburq 1:2
Qol: Filipp, 46 - Sallai, 67. Holer, 71.

Union Berlin - Bohum 1:1
Qol: Yuranoviç, 45+3 - Stoger, 55.

Volfsburq - Bayer 0:0

Milli.Az