"Mançester Yunayted"in hücumçusu Markus Reşford nişanlısı Lusia Loy ilə Nyu-Yorka romantik səyahət etmək üçün 240 min funt-sterlinqə "Boeing 737" kirayələyib.
Adətən bu təyyarə 125-dən çox sərnişin daşıyır, lakin Reşford sevgilisi ilə göyərtədə tək qalmağı seçib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, səfər mart ayında futbolçunun İngiltərə yığmasında zədələndiyi və məşqdən azad edildiyi vaxt baş tutub.
Gənclər məktəbdə hər ikisi 15 yaşında ikən tanış olublar. 2022-ci ildə Reşford Los-Ancelesə romantik səfəri zamanı Lusiyaya evlilik təklifi edib.
Milli.Az