İstirahət mərkəzində qarşılarına çıxanı güllələdilər - ŞOK GÖRÜNTÜLƏR

16 Aprel 2023 19:22

Meksikanın Quanaxuato əyalətindəki kurort şəhərciyində silahlı hücum nəticəsində 3-ü qadın və 1-i uşaq olmaqla 7 nəfər həlak olub.

Milli.Az musavat.com-a istinadən xəbər verir  ki, səlahiyyətlilər hücumun 20 nəfərlik silahlı qrup tərəfindən həyata keçirildiyini bildirib.

Hücumda 3-ü qadın və 1-i uşaq olmaqla 7 nəfər həyatını itirib, 1 nəfər isə ağır yaralanıb. Səlahiyyətlilər hücumun 20 nəfərlik silahlı qrup tərəfindən həyata keçirildiyini və bir qrupun birbaşa hədəfə alındığını bildirib.

Hücumdan sonra bölgədə genişmiqyaslı əməliyyat başladılıb.

Milli.Az