İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında ermənilər cırıq Azərbaycan bayrağını asaraq Azərbaycana qarşı növbəti təxribat törədiblər.
Milli.Az Trend-ə istinadən bildirir ki, eyni təxribat Türkiyə bayrağı ilə də həyata keçirilib.
Görünür ki, beynəlxalq idman yarışının açılışında Azərbaycan bayrağının yandırılmasından sonra cəzasız qalan ermənilər beynəlxalq normaları pozmağa davam edirlər.
Bu hal bir daha sübut edir ki, Ermənistana qarşı sanksiyalar tətbiq edilməlidir, ölkə bütün irimiqyaslı tədbirlərdən məhrum edilməlidir.
Milli.Az