Rusiya işğal olunmuş ərazilərdə qondarma "idarə"lərin işçilərini səfərbər etməyə hazırlaşır.
Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Milli Müqavimət Mərkəzi məlumat yayıb.
"Ukraynanın işğal olunmuş ərazilərindəki işğalçıların qondarma regional administrasiyalarına Rusiya pasportu olanların siyahılarını yerli "hərbi komissarlıq"lara ötürmək tapşırılıb", - məlumatda bildirilib.
Qeyd olunur ki, Rusiya müvafiq siyahıların elektron formatda təqdim olunmasını əmr edib.
Milli.Az