Daha bir ölkədən Ukrayna ilə bağlı qadağa

16 Aprel 2023 11:51

Macarıstan Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalını müvəqqəti olaraq qadağan edib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, Slovakiya da tərkibində təhlükəli pestisidlər aşkar edildiyinə görə Ukrayna taxılının emalı və satışına qadağa tətbiq edib.

Polşa isə anbarlarda yer azlığı səbəbindən Ukraynadan taxıl idxalına qadağa qoyub.

Milli.Az