Mingəçevirdə xəstə xəstəxanada yıxılaraq ÖLDÜ

15 Aprel 2023 23:42

Mingəçevirdə bədbəxt hadisə baş verib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında qeydə alınıb.

İlkin məlumata görə, xəstəxananada müalicə alan 1965-ci il təvəllüdlü qadın xəstəxananın 3-cü mərtəbəsindən yıxılaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az