İqor Korotçenko: “İrəvanda baş verənlər milli nifrət və düşmənçiliyi qızışdırır”

15 Aprel 2023 22:19

Rusiyalı jurnalist və hərbi ekspert, Milli Müdafiə jurnalının baş redaktoru İqor Korotçenko Ermənistanın paytaxtında keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılmasına münasibət bildirib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə o "Telegram" kanalında paylaşım edib.

"Ermənistan həmişə olduğu kimi öz rolundadır. Azərbaycandan ağır atletlərinin də iştirak etdiyi Avropa çempionatının rəsmi açılış mərasimində Aram Nikolyan çirkin və alçaq fənd edib", - deyə o bildirib.

İqor Korotçenko bildirib ki, İrəvanda baş verənlər milli nifrət və düşmənçiliyi qızışdırır.

Milli.Az