Sudanda BMT-nin təyyarəsi VURULDU

15 Aprel 2023 20:52

Xartum Beynəlxalq Hava Limanında Sudan ordusu ilə Çevik Reaksiya Qüvvələri arasında baş verən toqquşmalarda Birləşmiş Millətlər Təşkilatına məxsus təyyarə tamamilə məhv edilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, onun gövdəsinin parçalandığı və yandığı bildirilib.

Təyyarənin hansı tərəfin hərəkətləri nəticəsində məhv edilməsi dəqiqləşdirilməyib.

Milli.Az